ANAMA-ya "Revival" mexaniki minatəmizləmə vasitələri təqdim olunub Hadisə

ANAMA-ya "Revival" mexaniki minatəmizləmə vasitələri təqdim olunub

"Biz Azərbaycanın işğaldan azad olunan ərazilərindəki minatəmizləmə fəaliyyətinə töhfə verməkdən qürur duyuruq".

APA xəbər verir ki, bunu "AgroDiary" şirkətinin icraçı direktoru Niyazi Əmirbəyov Bakı Ekspo Mərkəzində ADEX 2024 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə sərgisi çərçisində "AqroDairy" tərəfindən ANAMA-ya iki ədəd "Revival" mexaniki minatəmizləmə vasitələrinin təqdim olunması ilə bağlı mərasimdəki çıxışında bildirib.

O əlavə edib ki, rəhbəri olduğu şirkət bundan sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki bərpa və quruculuq işlərinə töhfə verməyə hazırdır:

"Biz bu gün iki ədəd minatəmizləmə texnikasının ANAMA-ya verilməsini təsdiqləyən sertifikatları imzalamaqdan, eləcə də işğaldan azad olunan ərazilərimizdəki məqsədyönlü işlərə töhfə verməkdən məmnunluq hissi keçiririk. Ümidvarıq ki, dövlətimiz Qarabağdakı minatəmizləmə fəaliyyətini uğurla başa çatdıracaq. Bu işdə faydalı olduğumuzu bilmək bizi bir şirkət olaraq çox sevindirir".

Daha sonra tərəflər ianəni təsdiqləyən sertifikatları imzalayıblar.

ANAMA-ya "Revival" mexaniki minatəmizləmə vasitələri təqdim olunub ANAMA-ya "Revival" mexaniki minatəmizləmə vasitələri təqdim olunub ANAMA-ya "Revival" mexaniki minatəmizləmə vasitələri təqdim olunub ANAMA-ya "Revival" mexaniki minatəmizləmə vasitələri təqdim olunub ANAMA-ya "Revival" mexaniki minatəmizləmə vasitələri təqdim olunub ANAMA-ya "Revival" mexaniki minatəmizləmə vasitələri təqdim olunub ANAMA-ya "Revival" mexaniki minatəmizləmə vasitələri təqdim olunub ANAMA-ya "Revival" mexaniki minatəmizləmə vasitələri təqdim olunub