Bu il Azərbaycan vətəndaşlığına qəbul və bərpa edilən əcnəbilərin sayı məlum olub Hadisə

Bu il Azərbaycan vətəndaşlığına qəbul və bərpa edilən əcnəbilərin sayı məlum olub

Cari ilin 8 ayı ərzində 350 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan vətəndaşlığına qəbul və bərpa edilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən bildirilib.
Qeyd edilib ki, onların sayı övladları ilə birlikdə 361 olub.