Azərbaycan Universitetində Qərbi Azərbaycanın adət-ənənələrinə həsr olunmuş kitabın təqdimatı keçirilib Hadisə

Azərbaycan Universitetində Qərbi Azərbaycanın adət-ənənələrinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan Universitetinin professor-müəllim və tələbə heyəti üçün “Qərbi Azərbaycanın unudulmuş milli adət-ənənələrinin bədii-estetik mahiyyəti” adlı kitabın təqdimatı keçirilib. Kitab “Davamlı İnkişaf Uğrunda” İctimai Birliyi tərəfindən “Milli adət və ənənələrin bədii-estetik mahiyyəti” adlı layihə çərçivəsində hazırlanıb.

Tədbirdə Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müdiri Elvin Talışınski, Maliyyə və mühasibat kafedrasının müdiri Nəriman Böyükkişi, “Davamlı İnkişaf Uğrunda” İctimai Birliyinin icraçı direktoru və layihə rəhbəri Nigar Xudiyeva layihənin əhəmiyyəti haqqında məlumat veriblər. Birliyin üzvü Zaur Əsədzadə, kitabın müəllifləri Eltac Cəbiyev və Rəvan Cəfərli isə tədbir iştirakçılarının kitabın məzmunu ilə tanış ediblər.

Çıxışlarda qeyd olunub ki, kitabın hazırlanmasında başlıca məqsəd Qərbi Azərbaycanın unudulmuş və unudulmaqda olan adət-ənənələri haqqında cəmiyyəti maarifləndirməkdir.

Qeyd edək ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib. Layihə çərçivəsində hazırlanan “Qərbi Azərbaycanın unudulmuş milli adət-ənənələrinin bədii-estetik mahiyyəti” adlı kitabın 50 nüsxəsi Azərbaycan Universitetinin kitabxana fonduna hədiyyə olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi