“Valideynlərin yeganə səhvi budur ki...” Hadisə

“Valideynlərin yeganə səhvi budur ki...”

“Cəmi 10 gündür dərslər başlayıb, ənənəvi "1-cilər sindromu"nu yenə də görürük”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu həkim-pediatr Vaqif Qarayev deyib. O, diqqətə çatdırıb ki, valideynlər yenə "yatmır", "yemir", "oyanıqdır, əsəbidir" kimi şikayət edirlər: “Valideyn dərs yükünü, məktəb (müəllim) isə valideyni günahlandırır. Valideynlərin yeganə səhvi budur ki, ibtidai sinif şagirdlərini dərsdən sonra kurslara aparırlar. Bunu etməsələr yaxşıdır. İmkan verin uşaqlığını yaşasın övladlarınız! Bu il dərs başlayan kimi uşaqlarımız mövsümi xəstəliklərdən də əziyyət çəkir”.