Bakıda həkim arvadını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Hadisə

Bakıda həkim arvadını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakıda həkim arvadını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə məhkənin hazırlıq iclası keçirilib.
İclasda təqsirləndirilən şəxsin və zərərçəkmişin anket məlumatları dəqiqləşdirilib.

Zərəçəkmiş şəxs qismində Fikrət Balabəyovun həyat yoldaşı Arzu Balabəyova tanınıb.

Məhkəmə baxışı oktyabrın 10-na təyin olunub.

Qeyd edək ki, Fikrət Balabəyov paytaxtın Suraxanı rayonunda ailə məişət zəminində həyat yoldaşı, 1973-cü il təvəllüdlü Arzu Balabəyovanı bıçaqlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

A.Balabəyova Bakıda özəl klinikaların birində həkim işləyir.