8 Noyabr prospektində yanğınla bağlı qoyulan məhdudiyyət aradan qaldırılıb Hadisə

8 Noyabr prospektində yanğınla bağlı qoyulan məhdudiyyət aradan qaldırılıb

Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş verən yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

APA xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.