Qaxda keçmiş məhkumun çürümüş meyiti tapılıb Hadisə

Qaxda keçmiş məhkumun çürümüş meyiti tapılıb

Qaxda keçmiş məhkumun çürümüş meyiti tapılıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Qum kəndində baş verib.

1962-ci il təvəllüdlü rayonun Qum kənd sakini, əvvəllər məhkum olunmuş Elman Əhmədiyyə oğlu Yusifovun üzərində zorakılıq əlamətləri görünməyən çürümüş meyiti yaşadığı evdə tapılıb.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.