“Kanalzasiya sistemi ilə bağlı ciddi problemlər var” Hadisə

“Kanalzasiya sistemi ilə bağlı ciddi problemlər var”

“Ölkənin əsas problemi kanalizasiya sistemi ilə bağlıdır. Kanalizasiya sistemi bərbad şəkildədir, həmçinin Xəzər dənizində suyun təmizlənmə problemi var”. Bu sözləri xalqcebhesi.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli söyləyib. Ekspert qeyd edib ki, kanalzasiya sistemi olmadığından su təmizlənmiş vəziyyətdə Xəzərə tökülmür: “Kanalzasiya sistemi yoxdur və su təmizlənmiş vəziyyətdə Xəzərə tökülmür. Yəni həm itki, həm də kanalizasiya sistemi ilə bağlı ciddi problemlər var. Bu istiqamətdə ciddi surətdə investisiyalar lazımdır. Eyni zamanda, bu mütləq şəkildə həyata keçirilməsi vacib məsələdir. Çünki dediyim kimi Qafqazın 70 faiz su potensialı Gürcüstana düşür, 20 faizi düşür Ermənistana, bizə gəlib çatan 10 faizdən ibarətdir. Onlar da birinci özlərinə lazım olan suyu istifadə edirlər, sonra qalığını bizə ötürürlər. Lazım olmayanda çox buraxırlar, o zaman da daşqınlar filan ortaya çıxır. Lazım olanda isə çaylarda su olmur. Bu, təbii problemdir. Bunu həll etmək çox çətindir. Bundan əlavə, iqtisadçı bizə gəlib çatan suyun da dediyim kimi 50-60 faizi itkiyə gedir”.