“İtkiyə gedən su torpağı şoranlaşdırır” Hadisə

“İtkiyə gedən su torpağı şoranlaşdırır”

“Suyun ədalətli şəkildə paylanmaması problemlərə yol açır”. Bu sözləri xalqcebhesi.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli söyləyib. Ekspert qeyd edib ki, su resursu fermerlərə gəlib çatmır, yəni ədalətli şəkildə paylanmır, üstəgəl də itkiyə gedən su da torpağı sıradan çıxarır, şoranlaşdırır: “İkinci bir bəla da budur. Bu baxımdan Azərbaycanda su və kanalzasiya sistemi ilə bağlı ciddi işlər görülməlidir. Bu istiqamətlərdə ölkənin ciddi problemləri var. Həmçinin kənd təsərrüfatının ixracını genişləndirmək, artırmaq istəyirik. Ev təsərrüfatlarının sosial problemlərinin həllində kənd təsərrüfatı mühüm rol oynayır. Rayonlarda məskunlaşmada, ehtiyacların ödənməsində mühüm rol oynayır. Bu baxımdan bu cür problemlərin mütləq şəkildə həll edilməsi vacibdir”.