Elnur Soltanov: Yeni yaşıl enerji dəhlizləri yaradırıq Hadisə

Elnur Soltanov: Yeni yaşıl enerji dəhlizləri yaradırıq

Dünyanın iqtisadi infrastrukturu neft və qaz ehtiyatları üzərində qurulub.

APA xəbər verir ki, bunu Azərbaycan energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov “Ədalətli Keçid Tərəfdaşlığı və İnvestisiyaların stimullaşdırılmasının gündəliyi” mövzusunda keçirilən dəyirmi masada deyib.

O bildirib ki, yaşıl enerji inqilabının astanasındayıq demək bir az çətindir: “Yeni yaşıl enerji dəhlizlərini yaradırıq. Bu baxımdan Azərbaycanın üstünlüyü var. Yaşıl keçidi təmin etmək üçün əsas lazım olan liderlik, etimad və təcrübədir. Əvvəlki enerji daşıyıcılarının bizə nələr verdiyinə baxmalıyıq”.