Azərbaycanla Macarıstan arasında elm və təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib Hadisə

Azərbaycanla Macarıstan arasında elm və təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib

Oktyabrın 1-də elm və təhsil naziri Emin Əmrullayev Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamas Torma, Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin rektoru Csaba Gyuricza ilə görüşüb.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı 2 ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və sözügedən ali təhsil müəssisəsi ilə Azərbaycan ali təhsil müəssisələri arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.