“Noyabrda metropoliten qatarlarla tam təmin olunacaq” Hadisə

“Noyabrda metropoliten qatarlarla tam təmin olunacaq”

“Metroda qatarlar arasında intervalı azaltmaq üçün xəttə əlavə qatarlar buraxılmalıdır”. Bunu xalqcebhesi.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov son zamanlar metroda yaranan sıxlıq problem ilə bağlı danışarkən deyib: “Amma qatarlar da metroda təhlükəsizlik məsələlərinə görə müəyyən intervalda hərəkət etməlidir. Onların geridönüş imkanları olmalıdır. Buna metropolitenin özünün imkanları olmalıdır ki, qatar sayı artırılsın. Hər halda qatarların sayı artırılmalıdır və bizdə olan məlumata görə, Azərbaycana Rusiyada istehsal olunan vaqonlar gətirilir. Noyabrda yəqin ki, metropoliten qatarlarla tam təmin olunacaq”.

Röya