“Stansiyalarda sıxlığın tənzimlənməsi məqsədi ilə işçi qrupu operativ çalışır” Hadisə

“Stansiyalarda sıxlığın tənzimlənməsi məqsədi ilə işçi qrupu operativ çalışır”

“Metropolitendə ehtiyat qatarlardan istifadə olunur və hər gün monitorqinlər saatbasaat, dəqiqəbədəqiqə aparılmaqla buna müvafiq qaydada, hər bir ehtiyat qatarın xəttə verilməsi təmin olunur”. Bunu xalqcebhesi.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O əlavə edib ki, bu səbəbdən günorta saatlarında xüsusi olaraq ajiotaj hiss olunmur: “Digər hallar üçün Bakı metropoliteni insan resusrlarından geniş istifadə edir. Yəni stansiyalarda sıxlığın tənzimlənməsi məqsədi ilə xüsusi ayrılmış işçi qrupu növbətçilik cədvəli əsasında qatarların qapılarının tutulub saxlanmaması, sərnişinlərin daha intensiv qatara minib düşməsi və platforma boyunca bərabər paylanması, bir sözlə, bütün bu və digər məsələlərin hər birini operativ tənzimləməyə çalışırlar. Platforma səviyyəsinin həddindən artıq yüklənməməsi Bakı metropoliteni üçün sərnişin təhlükəsizliyi baxımdan bir nömrəli vəzifə olduğundan tənzimləmələr artıq hər bir kəsin müşahidə edə biləcəyi kimi xüsusi stansiyalarda artıq giriş sahələrindən başlanır və bu səbəbdən də bəzi stansiyaların girişlərində sərnişin sıxlığı müşahidə etmək olur”.
B.Məmmədov metroda sərnişin sıxlığı probleminin həll yolu kimi yaşıl, qırmızı xətlərin 28 Mayda birləşməsi probleminin aradan qaldırılması, bunun üçün də bir neçə stansiyanın inşa olunması məsələsinin olduğunu diqqətə çatdırıb: “Məsələnin qlobal həlli yolu, təbii ki, Bakı metropolitenində qeyd etdiyim problemin yaşıl, qırmızı xətlərin 28 Mayda birləşməsi probleminin aradan qaldırılması, bunun üçün də bir neçə stansiyanın inşa olunması məsələsidir. Bu, məsələ də Bakı metropoliteni Xətlərinin Konseptual İnkişaf sxemində hələ 2011-ci ildən dayanır və eyni zamanda 2023-cü ilin dekabrın ayının 30-da təsdiq olunmuş Bakı şəhərinin Baş planında da ictimai nəqliyyatda prioritet vəzifələr sırasında metropolitenə aid bölmənin başında dayanan vəzifə məhz bu xətlərin ayrılması layihəsidir”.