Babək rayonunda evdən 9 min manat oğurlanıb Hadisə

Babək rayonunda evdən 9 min manat oğurlanıb

Babək rayonunda evlərin birindən 9000 manat oğurlanması barədə polisə məlumat daxil olub.

APA-nın yerli bürosunun xəbərinə görə, Babək Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq etməkdə şübhəli bilinən B.Rüstəmov saxlanılıb.
Həyata keçirilən digər əməliyyat zamanı təmir etdiyi evdən oğurluq edən E.Əliyev də saxlanılaraq istintaqa təqdim edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.