İspaniya döyüş təyyarəsi qəzaya uğrayıb, pilot ölüb Hadisə

İspaniya döyüş təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

İspaniya Hərbi Hava Qüvvələrinə məxsus F-18 Hornet döyüş təyyarəsi Teruel şəhəri yaxınlığında qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə İspaniya Hərbi Hava Qüvvələri məlumat yayıb.
"Komanda yoldaşımız polkovnik-leytenant Pablo Estrada Martinin F-18 qəzasında öldüyünü təəssüflə bildiririk", - Hərbi Hava Qüvvələri “X”də yazıb.