“Waze” şirkətinin təsisçisi Bakıya gəlir Hadisə

“Waze” şirkətinin təsisçisi Bakıya gəlir

“Waze” şirkətinin həmtəsisçisi Uri Levine 10 və 11 oktyabr tarixlərində Bakıda keçiriləcək “INMerge” İnnovasiya Sammitində iştirak edəcək.

"APA-Economics" xəbər verir ki, Uri Levine qlobal naviqasiyanı necə dəyişdirdiyini, eləcə də milyardlarla dəyəri olan şirkətləri necə təsis etdiyini haqqında təcrübəsini bölüşəcək.

Bundan əlavə, tədbirdə “Youtube" şirkətinin həmtəsisçisi Steve Chen, “Genai Works” şirkətinin yaradıcısı Steve Nouri, “Nvidia” şirkətinin biznes inkişafı üzrə rəhbəri Anton Dzhorayev, “Nestle” şirkətinin innovasiya üzrə rəhbəri Gaelle Bou Abdo, “Vodafone” şirkətinin region üzrə rəhbəri Johannes Hummes, “Amazon” şirtkətinin vitse-prezidenti Werner Vogels, “Avito” şirkətinin keçmiş baş marketing direktoru Maxim Kan və Harvard Biznes Məktəbinin professoru Linda Hill kimi spikerlar da iştirak edəcəklər.

Qeyd edək ki, "INMerge” İnnovasiya Sammiti 10 və 11 oktyabr 2024-cü il tarixlərində "PAŞA Holding"in təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində baş tutacaq.

Əlavə məlumat və biletlərin əldə edilməsi üçün www.inmerge.az saytına daxil olun.