Həmyerlimizin Avropadakı uğuru Hadisə

Həmyerlimizin Avropadakı uğuru

Azərbaycanlı jurnalistin adı Avropanın tanınmış xəbər agentliyinin ilk 10 ən yaxşı jurnalisti siyahısında
Niderlandda yaşayan həmyerlimiz, jurnalist, Avropa Xəbər Agentliyinin əməkdaşı Vüqar Abbasovun adı sözü gedən xəbər agentliyinin saytında “Avropa Xəbər Agentliyinin top 30 jurnalisti” suyahısında 10-cu yerdə qərar tutub. Qeyd edək ki, sözü xəbər agentliyinin Avropanın müxtəlif ölkələrində 110 əməkdaşı fəaliyyət göstərir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə məlumatı soydaşımız Vüqar Abbasov özünün facebook səhifəsində paylaşıb. O, qeyd edib ki, bir neçə ay öncə həmən siyahıda 24 – cü yerdə idi və o vaxt qarşısına ilk 10 – luğa düşməyi məqsəd kimi qoymuşdu. “İndi isə məqsədim ilk beşliyə düşməkdir” – deyə soydaşımız qeyd edib.