Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
Oktyabrın 2-də “Siyasi və Hüquqi Araşdırmalar Mərkəzi” İctimai Birliyi tərəfindən Lənkəran şəhərində “Hüquqpozmalar barədə məlumatvermə və belə məlumat verən şəxslərin dövlət müdafiəsi” adlı layihə çərçivəsində tədbir keçirilib.
Tədbir “Khazar Palace” otelinin konfrans zalında Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.
Tədbiri giriş nitqi ilə açan layihə rəhbəri Xəyal Bəşirov iştirakçılara layihənin mahiyyəti, əhəmiyyəti, tətbiqi xüsusiyyətləri və əldə oluna biləcək müsbət nəticələri barədə ətraflı məlumat verib. O, layihə barədə məlumat verərkən bununla bağlı xarici ölkələrin təcrübəsi, müvafiq sahədə mövcud olan beynəlxalq sənədlərin, tövsiyələrin tələblərini iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra tədbirdə layihənin icrasına cəlb edilmiş ekspertlər çıxış edərək “Hüquqpozmalar barədə məlumatvermə və belə məlumat verən şəxslərin dövlət müdafiəsi” mövzusu üzrə əhəmiyyətli məqamlar barədə məlumat veriblər.
Ekspert Ramal Ağayev dövlət və özəl sektordakı təşkilatlar tərəfindən məlumatvermə sisteminin tətbiqinin ictimai maraqların qorunmasında, hüquq və azadlıqların müdafiəsində, sağlam sosial mühitin qurulmasında əhəmiyyəti, həmçinin hüquqpozmalar barədə məlumat verən şəxslərin müdafiəsi, onun təmin olunmasının zəruriliyi, hüquqi və praktiki müdafiə mexanizmləri barədə geniş məlumat vermiş, mövzu ilə əlaqədar digər məsələlərə toxunub.
Ekspert Şaban Nəsirov isə hüquqpozmalar barədə məlumatvermənin korrupsiya hüquqpozmalarının qarşısının alınmasında rolu barədə məsələlərə aydınlıq gətirmiş, habelə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında ölkə Prezidentinin sərəncamını diqqətə çatdırmaqla milli fəaliyyət planında dövlət qurumları ilə yanaşı vətəndaş cəmiyyətlərinə də geniş yer ayrıldığını söyləyib.
O, həmçinin dövlət başçısı tərəfindən 2013-cü il 22 noyabr tarixində imzalanan “İctimai iştirakçılıq haqqında” Qanunun korrupsiyaya qarşı mübarizə üçün effektli yollar açdığını bildirib.
Qeyd etdi ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinə uyğun olaraq, vətəndaşların dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Ekspert eyni zamanda Qanunda bəzi boşluqların olduğunu, bununla belə ictimai şuranın nüfuzunun artırılması üçün qanuna düzəlişlər edilməsi barədə təkliflərin hazırlandığını bildirib.
Yekunda mövzu ətrafında tədbir iştirakçıları arasında qarşılıqlı fikir mübadiləsi aparılmış, əhəmiyyətli fikirlər səsləndirilib.