Qardaşını analarının gözü qarşısında amansızlıqla öldürməkdə ittiham olunan şəxsin məhkəməsi başlayır Hadisə

Qardaşını analarının gözü qarşısında amansızlıqla öldürməkdə ittiham olunan şəxsin məhkəməsi başlayır

Qardaşını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Tərtər rayon prokurorluğundan APA-ya verilən məlumata görə, cari il iyunun 14-də Tərtər rayon sakini 1992-ci il təvəllüdlü Abil Əliyevin öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

İbtidai istintaqla Sədi Əliyevin qardaşı Abil Əliyev ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu analarının gözü qarşısında bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Sədi Əliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə yekun ittiham elan edilib, müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.