Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
Zəhra Xatun Qadın İnkişaf Mərkəzinin təşkilatçılığı və Bakı Sağlamlıq Mərkəzi nəzdində fəaliyyət göstərən Bakı Süd Vəzi Mərkəzinin təşəbbüsü ilə Xəzər rayonunun Türkan qəsəbəsinin 17 nömrəli şəhər poliklinikasında maarifləndirici aksiya keçirilib.
Təşkilatın rəhbəri Leyla Həsənovanın verdiyi məlumata görə, oktyabr Ümumdünya süd vəzi xərçəngi ilə mübarizə ayı olduğu üçün belə bir mühüm tədbirin keçirilməsinə qərar verilib. Aksiyada Bakı Sağlamlıq Mərkəzinin nəzdində olan Süd Vəzi Mərkəzinin həkimləri Tibb üzrə fəlsəfə doktoru, mammoloq-onkoloq Kəmalə Əliyeva, Dr. mammoloq-onkoloq Mehriban Rüstəmzadə iştirak ediblər.
Qeyd edilib ki, həkimlər konsultasiyaya gələn qadınlara əvvəlcə süd vəzi xərçəngi, onun əlamətləri, risk faktorları, vaxtaşırı tibbi müayinələrdən keçmənin vacibliyi, xəstəliyin qarşısının alınması metodları barədə maarifləndirici söhbətlər aparıblar. Daha sonra Türkan sakinləri Ultrasəs müayinələrdən (USM) keçiblər: “42 xanım müayinə edildi. Onlardan 26-sı yaşları 40 və üstü olduqları üçün Bakı Sağlamlıq Mərkəzinə Mammoqrafiya müayinəsi üçün dəvət olunub. Qeyd edək ki 40 yaş üstü xanımlar heç bir şikayətləri olmasa belə ildə 1 dəfə mütləq Mammoqrafiyadan keçməlidirlər. 2 xanımda təəssüf ki süd vəzi xərçəngi aşkarlanıb. Bir neçə xanımda xoşxassəli fibroadenomalar müəyyən edildi. Ümumilikdə bütün şübhəli durumlar aşkar olan xanımlar detallı müayinə üçün Bakı Sağlamlıq Mərkəzinə dəvət edilib orda da aksiya çərçivəsində əlavə müayinələrdən keçməli olduqları ətraflı izah edildi.”- məlumatda qeyd edilib.
Həkimlər xəstələrə və ümumilikdə müayinədən keçənlərə məsləhətlət veriblər. Süd vəzi xərçəngi ilə mübarizə ayında keçirilən bu təbdir xüsusi əhəmiyyətə malikdir. Qeyd edilib ki, əsas məqsədi qadınlara, Türkan sakinlərinə süd vəzi xərçəngi xəstəliyi barədə geniş məlumat verməkdir. Həkimlərin xəstəliyin qarşısının alınması üçün sağlam həyat tərzi seçməyin vacibliyi ilə bağlı maarifləndirici məsləhətlərə isə xüsusi yer ayrılıb. Çünki müayinə nə qədər vacibdirsə, xanımların bu istiqamətdə maariflənməsi də bir o qədər əhəmiyyətlidir. Bu ağır xəstəliklə mübarizədə erkən diaqnostikanın önəmi də önə çəkilib.