Bakı-Quba yolunda qəza baş verib, xəsarət alanlar var Hadisə

Bakı-Quba yolunda qəza baş verib, xəsarət alanlar var

Bakı-Quba yolunda qəza baş verib, iki nəfər xəsarət alıb.

Xalqcebhesi.az-a Baş DYP İdarəsinin inspektoru polis leytenantı Hacıyev Elvin bildirib ki, hadisə Bakı-Quba yolunun 28-ci kilometrində baş verib.

“KİA SARENTO” markalı nəqliyyat vasitəsi piyada zolağından keçən iki qadını vurub.

Xəsarət alan piyadalar xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.