Cəlilabadda avtomobil körpüdən çaya düşüb, xəsarət alanlar var Hadisə

Cəlilabadda avtomobil körpüdən çaya düşüb, xəsarət alanlar var

Cəlilabad rayonunda yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Ələt - Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobilinin çaya düşməsi nəticəsində bir neçə nəfər xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onların şəxsiyyəti dəqiqləşdirilir.