Abşeronda kişini yük avtomobili vurub Hadisə

Abşeronda kişini yük avtomobili vurub

Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər xəsarət alıb.

Xalqcebhesi.az xəbər verir ki, hadisə Güzdək qəsəbəsində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Əsgərov Vüsal İlyas oğlu yol kənarında durarkən onu “KamAz” markalı yük avtomobili vurub.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.