Oğurda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb Hadisə

Oğurda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb

Təcili və Təxirəsalnmaz Tibbi Yardım Mərkəzinin əməkdaşı yol qəzasına düşüb.

Xalqcebhesi.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonu Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mitsubishi" və "Fiat" markalı avtomobilləri toqquşub. Qəza zamanı "Fiat" markalı avtomobilin sürücüsü 1979-cu il təvəllüdlü Oğuz şəhər sakini Vüqar Hüseyn oğlu Hacıyev bədənin baş nahiyəsindən xəsarət alıb.

V. Hacıyev hadisə yerindən birbaşa Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. V. Hacıyevin vəziyyətinin orta-stabil olduğu bildirilir.

Qeyd edək ki, xəsarət alan V. Hacıyev Təcili və Təxirəsalnmaz Tibbi Yardım Mərkəzinin Oğuz rayon şöbəsində feldşer vəzifəsində çalışır.

Faktla bağlı araşdırma aparılır.