​​​​​​​Gəncədə taksi sürücüsü bıçaqlanıb Hadisə

​​​​​​​Gəncədə taksi sürücüsü bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində 1993-cü il təvəllüdlü İ.Həsənov bud nahiyyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Söyüşə görə baş verən davanın bıçaqlanma ilə nəticələndiyi bildirilir. Bıçaqlanan və hadisəni törədən şəxslər taksi fəaliyyəti ilə məşğul olur.

Faktla bağlı araşdırma aparılır.