Göyçə yolunda qəza: 2 erməni öldü, 7-si yaralandı Hadisə

Göyçə yolunda qəza: 2 erməni öldü, 7-si yaralandı

Oktyabrın 9-da saat 15 radələrində İrəvan-Göyçə avtomobil yolunda ağır qəza baş verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ermənistan DİN məlumat yayıb.

Məlum olub ki, İrəvan-Göyçə yolunun 20-ci km-də İcevan-Dilican-İrəvan marşrutu üzrə hərəkət edən “QAZel” markalı avtomobil aşıb. İlkin məlumata görə, 2 nəfər ölüb, 7 nəfər yaralanıb. Yaralılardan 5-nin vəziyyəti ağır, ikisinin vəziyyəti isə stabil-ağırdır.

Xilasedicilər qaz sızması aşkarlayıblar və partlayışın qarşısını alıblar.