Sabah Bakının bu rayonunda işıq olmayacaq Hadisə

Sabah Bakının bu rayonunda işıq olmayacaq

Biləcəri ETSİ-nə (enerji təchizatı və satışı idarəsi) daxil olan bir sıra ərazilərdə yenidənqurma işləri ilə əlaqədar oktyabrın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq.

Bu barədə Xalqcebhesi.az-a “Azərişıq”dan bildirilib.

Bununla əlaqədar olaraq saat 09:00-dan saat 13:00-dək Aşağı Sulutəpə, Çiçək qəsəbələrində, Ruslan Allahverdiyev küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.