BMT Baş katibinin müavini: COP29-da ədaləti təmin etməliyik ki, heç bir ölkə kənarda qalmasın Hadisə

BMT Baş katibinin müavini: COP29-da ədaləti təmin etməliyik ki, heç bir ölkə kənarda qalmasın

"COP29 çərçivəsində razılaşmalara dair keçirilən bu tədbirlər çox mühümdür. Biz gərək səylərimizi əsirgəməyək".

Bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransında (Pre-COP29) BMT-nin Baş katibinin müavini Amina Mohammed deyib.

O bildirib ki, temperaturun 1,5 dərəcədən çox artmasına imkan verilməməlidir: “Biz düzgün istiqamətdə addımlayırıq. Paris sazişinin imzalanması ilə biz 4 dərəcə ilə razılaşmışdıq, amma keçən il Duabyda 1,5 dərəcə ilə razılaşdıq. Mədən enerjisindən imtina bu dövrdə çox mühümdür. Beynəlxalq maliyyə institutlarının və inkişaf etməkdə olan dövlətlərin səsini ucaltmalıyıq. Bu gün böyük maliyyə boşluğu var. COP29 iddiaları və öhdəlikləri real nəticələrə çevrilməlidir. Uğur mütləq olmalıdır ki, biz temperatur artımını 1,5 dərəcədə saxlaya bilək. Yeni məqsədlər iqlim maliyyəsinə yeni baxışı formalaşdırmağa imkan verir. Bu da inkişaf edən ölkələrin üzləşdiyi çətinlikləri aradan qaldırmağa kömək edəcək. Yeni maliyyə mənbələri tapılmalıdır. Bütün tərəflərin vahid nəticəyə gəlmək niyyətini görürəm. Artıq Paris sazişinin müddəalarının tətbiqinin vaxtı çatıb. Bizim karbon bazarlarına ehtiyacımız var. Qaydalar hamı üçün eyni olmalıdır. Bütün sektorlar emissiyalarını azaltmalıdır. Ölkələr mədən yanacağından ədalətli keçidi təmin etməlidirlər. Düşünürük ki, COP29 iddiaların uzlaşmasını ifadə etməli, konkret nəticələri ortaya qoymalıdır. Qlobal iddialar siyasi iradəsiz mənasızdır. Biz noyabrda COP29-da ədaləti təmin etməliyik ki, heç bir ölkə kənarda qalmasın. BMT hər cür dəstəyə hazırdır”.