Nigar Arpadarai: Biz özəl sektoru COP29-a cəlb etmək istəyirik Hadisə

Nigar Arpadarai: Biz özəl sektoru COP29-a cəlb etmək istəyirik

“Biz bütün tərəflərlə işləməliyik”.

Bunu COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai deyib.
O bildirib ki, prosesin inklüziv həyata keçirilməsinə çalışırlar:

“Bir çox hallarda maraqlı tərəf olmayan iştirakçılar da prosesə yön verirlər. İqlim dəyişikliyi probleminin həllində maraqlı olmayan tərəflər də səfərbər olmalıdır, investisiya cəlb etməlidirlər. Bu prosesdə vətəndaş cəmiyyəti, yerli icmalar da töhfə verə bilər. Milli iqlim dəyişikliyi planları bütün insanları səlahiyyətləndirə bilər. İqlim dəyişikliyi cari təhdiddir. Artıq bu insanların həyatına təsir edir. Bu gələcək təhdid olmaqdan çıxıb”.

Nigar Arpadarai özəl-dövlət tərəfdaşlığının bu problemin həllində mühüm olmasına diqqət çəkib:

“Biz vətəndaş cəmiyyəti, özəl sektorla işləyirik. Özəl sektor tranzit keçidi öz strategiyalarında görürlər. Biz özəl sektoru COP29-a yaxından cəlb etmək istəyirik. COP29 CEO-ların bir araya gəlməsini istəyirik. İqlim maliyyəsi, özəl sektorun kapitalı olmasa, biz nəticələrə nail ola bilmərik. Kiçik və orta sahibkarlar hazırda çox geri qalır. Onlar 90% əmək bazarını təmin edir. Onlar keçidə adaptasiya olmalıdır. Təxminən 66% kiçik və orta sahibkarlar bildirir ki, onlara heç vaxt keçidlə bağlı sual verilməyib. Onlar bu prosesdən kənardadırlar. Biz onları prosesə cəlb etməliyik, onların maliyyəyə əlçatanlığının artırılmasına ehtiyac var. Bunu COP29 çərçivəsində edəcəyik. Biz bütün cəmiyyətin bu prosesdə iştirakını gözləyirik, maraqlı olmayan tərəfləri də dinləməyə hazırıq”.