Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü Hadisə

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xalqcebhesi.az Report-a istinadən məlumat verir ki, hadisə Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb.

2004-cü il təvəllüdlü Elgün Mahmudov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən piyadanı vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.