Bu televiziya kanalına yeni rəhbər təyin olundu Hadisə

Bu televiziya kanalına yeni rəhbər təyin olundu

Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin tərkibində olan İdman kanalına yeni rəhbər təyin olunub.

Xalqcebhesi.az Konkret.az-a istinadən xəbər verir ki, Mədəniyyət kanalının rejissoru işləyən Zaur Zeynal Aztv sədrinin köməkçisi Həmidağa Əsədzadənin ən yaxın dostlarından biri hesab olunur.

Qeyd edək ki, bundan bir neçə gün əvvəl kanalın direktoru Rövşən Binnətli işdən kənarlaşdırılmışdı. Onun yerinə isə müvəqqəti olaraq tanınmış idman şərhçisi Fikrət Adıgözəlli təyin olunmuşdu.