Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
“Hər kəs iqlim dəyişikliyinin bəşəriyyətin üzləşdiyi ən böyük problem olduğunu qəbul etməlidir.
Problemin həlli istiqamətində sadəcə yaşıl bacarıqlar zəruri deyil, eyni zamanda süni intellektdən istifadə olduqca önəmlidir”.
AZƏRTAC xəbər verir ki, bunu Pre-COP29 konfransı çərçivəsində keçirilən “Davamlılığın və davamlı gələcəyin gücləndirilməsi: iqlim fəaliyyətinin inkişafında insan rolu” mövzusunda tədbirdə COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai deyib.
O qeyd edib ki, özəl sektorlar iqlim dəyişikliyi ilə mübarizədə vacib rol oynayır: “Siyasət, iqtisadiyyat, biznes kimi bir çox sahədə uğur qazana biləcək yeni nəsil formalaşdırmalıyıq. Bizə lazım olacaq yeni bacarıqlara ehtiyacımız var. Uşaqlar və gənclər üçün yeni pilot savadlılıq proqramları və ya yeni davamlılıq təcrübələri əsasdır”.