Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
“Planetimizdə artıq qlobal temperatur dəyişikliklərinin yaratdığı fəsadları, fəsillərin dəyişməsi, ekstremal hava hadisələrinin artması, iqlim dəyişikliyinin hansı nəticələri yarada biləcəyi, hansı hadisələrin baş verə biləcəyini müşahidə edə bilirik və bu hadisələri bu gün yaşayırıq”. Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında ekoloq Sevil Yüzbaşeva deyib. O qeyd edib ki, bu səbəbdən də bu hadisələrlə mübarizə aparmaq üçün ən yaxşı metod uyğunlaşma tədbirləridir: “İqlim dəyişikliklərinə nə qədər tez uyğunlaşma tədbirləri həyata keçirilsə bir o qədər yaxşı olar. Biz nə qədər geciksək, iqlim dəyişikliyinə adekvat reaksiya vermək bir o qədər çətin olacaq və bunun üçün bir o qədər çox maliyyə resursları tələb olunacaq. Təbii ki, hörmətli ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev doğru qeyd edir. İqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə çox ciddi maliyyə resursları lazımdır”.
Röya İsrafilova