Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
Hərb Tarixi Muzeyində şəhid Ayxan Cəfərova həsr olunmuş “Vətən sizi unutmaz” adlı anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə Ayxan Cəfərovun həyatı və döyüş yolu barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, o, 1996-cı il sentyabrın 6-da Cəlilabad rayonunun Üçtəpə kəndində anadan olub. 2015-ci ilin iyul ayında hərbi xidmətə gedən Ayxan həmin müddətdə kəşfiyyatçı ixtisası üzrə tam kurs keçib. 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub. 2020-ci ildə Vətən müharibəsi günlərində Ağcabədi korpusunda könüllülər dəstəsinə yazılaraq Füzuli bölgəsində döyüşüb. Füzuli, Cəbrayıl rayonlarının azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. Oktyabrın 15-də düşmənlə üzbəüz döyüş zamanı şəhid olub. Oktyabrın 17-də doğma kəndində torpağa tapşırılıb.
Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Tədbirdə tabor komandiri, ehtiyatda olan mayor Rahib Misirzadə, şəhidin döyüş yoldaşları Elnur Talıbov, Elçin çıxış ediblər.
Ayxanın valideynləri Cəmaləddin və Fəxmirə Cəfərovlar, xalası Şəfiqə Əsədova onunla bağlı xatirələrini bölüşüblər.
Sonra şəhid döyüşçü haqqında videoçarx nümayiş edilib.
Anım mərasiminin iştirakçıları şəhidə həsr olunmuş sərgi ilə tanış olublar.