Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
Azərbaycan Ordusu Quru Qoşunlarının raket və artilleriya bölmələrində atəş tapşırıqları icra olunub.
Bu barədə Xalqcebhesi.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, 2024-ci ilin hazırlıq planına uyğun olaraq, atəş dəstəyi həyata keçirəcək bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq atəş mövqelərini tutublar.
Real döyüş şəraitinə uyğun keçirilən təlimdə şərti düşmən hədəflərinin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.
Təlimin keçirilməsində əsas məqsəd raket və artilleriya bölmələrində komandirlərin idarəetmə vərdişlərinin təkmilləşdirilməsi, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin inkişaf etdirilməsidir.