Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
Məlumat üçün bildiririk ki, 1 avqustdan başlayaraq Mirzə Ələkbər Sabir Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sabir irsi və Azərbaycan ədəbi dilinin təbliği” layihəsinin icrasına başlayıb. Layhə çərçivəsində oktyabrın 11-də Azərbaycan Universitetinin Humanitar və sosial elmlər fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə tələbələr üçün maarifləndirici dərs keçirilib.
Tədbirin qonaqları Mirzə Ələkbər Sabirin nəvəsi, Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və prezidenti, dosent Sevda Tahirli, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin aparıcı mütəxəssisi Günel Hacıyeva və layihə üzrə ekspert, jurnalist Fuad Hüseynzadə olublar.
Humanitar və sosial elmlər fakültəsinin dekanı Səfər Məmmədov, Siyasi və ictimai elmlər kafedrasının müdiri Elvin Talışınski və TEC üzvlərinin iştirak etdiyi tədbir Azərbaycan dilinin təbliği və milli poeziyamızda satirik məktəbin yaradıcısı Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr edilmiş maarifləndirici çıxışlarla yadda qalıb.
Tədbiri giriş sözü ilə Humanitar və sosial elmlər fakültəsinin dekanı Səfər Məmmədov açaraq şairin əsərlərində qələmə aldığı problemlərin bu gün də aktuallığını qoruyub saxladığını qeyd edib.
Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli məruzəsində rəhbərlik etdiyi fondun Sabir irsinin tədqiqi və təbliği istiqamətində gördüyü işlər haqqında məlumat verib. Sevda Tahirli bildirib ki, dahi şairin 155 illiyi münasibətilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” layihəsi uğurla həyata keçirilib: “Layihə çərçivəsində Sabirə aid olub müxtəlif mənbələrdə yer alan material və məlumatlar toplanaraq vahid baza yaradılıb. Sabir yaradıcılığının zirvəsi olan “Hoppopnamə” əsəri tələbələr tərəfindən audivizual şəkildə səsləndirilib. Gələcəkdə bu kimi layihələrdə Azərbaycan Universitetinin tələbələri də iştirak edə bilərlər”.
Fond prezidenti Sevda Tahirli çıxışında “Sabir irsi və Azərbaycan ədəbi dilinin təbliği” layihəsinin əhəmiyyətindən də danışıb. O, KİV nümayəndələri arasında dil barəsində düzgün bilik və təsəvvür formalaşdırmaq, mediada davamlı yol verilən qüsurları aradan qaldırmaq, ölkədə dilin saflığına məsul qurumlarla birgə önləyici, təbliğati və maarifləndirci tədbirlərin təşkili layihənin əsas məqsədi olduğunu deyib: “Bizim dilimizi bizdən uzaqlaşdıran məqamara yol vermək olmaz. Dilimizi müdafiə etmək lazımdır. Dilin qorunması vacibdir. Gənclərin dilə yanaşması və tələbləri aktuallaşır. Dilin düzgün istifadəsi önəmli məsələdir. Gənc nəsilə də dilimizin norma və qaydalarına riayət etmələri aşılanamıldır. Ümumiyyətlə, belə tələbbüslərin sayı artırılmalıdır. Bir az bu məsələlərdə tələbələrin də aktiv olmasını arzu edirəm”.
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin aparıcı mütəxəssisi Günel Hacıyeva media məhsullarında, internet resurslarında və reklam daşıyıcılarında dövlət dilinin tətbiqinə nəzarəti, eyni zamanda Azərbaycan dilinin fonetik, leksik-semantik və qrammatik normalarına riayət olunmasını, üslubi imkanlarından yetərincə istifadəni təmin etmək istiqamətində görülən işlərdən danışıb: “Monitorinq zamanı ədəbi dil normalarının pozulması ilə bağlı materialların toplanılması, araşdırılması, təhlilinin aparılması, sistemləşdirilməsi, aşkar olunan norma pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin müəyyənləşdirilməsi və aidiyyəti üzrə təkliflərin verilməsi fəaliyyətimiZin tərkib hissəsidir”.
Günel Hacıyeva qeyd edib ki, dövlət dilimizin tətbiq olunduğu hər bir sahədə ədəbi dilin bütün normalarına riayət edilməsi son dərəcə vacib məsələlərdəndir: “Mövcud problemlərin məzmun və forma baxımından doğru maarifləndirmə yolu ilə həllini təklif etmək və aşkar olunmuş qüsurları tarixən sabitləşmiş dil normalarına uyğun formaya istiqamətləndirmək eyni dərəcədə əhəmiyyətli məsələlərdəndir. Apardığımız monitorinqlərin nəticələrinə əsaslansaq, faktların təhlili zamanı çox sayda orfoepik, orfoqrafik, leksik, qrammatik norma pozuntularına, eyni zamanda yanlış ifadələrə, tərcümə zamanı yol verilən üslubi xətalara rast gəlinir. Ayrı-ayrı səslərin, sözlərin, ifadələrin, qrammatik formaların yanlış tələffüzü, vurğunun yerində işlədilməməsi halları, gündəlik nitqimizdə tez-tez istifadə etdiyimiz bəzi sözlərin yanlış tələffüzü daha çox müşahidə olunur”.
Ümumi olaraq çıxışlarda gələcəyin filoloq və jurnalistləri ədəbi dil normalarına riyaət etmələri üçün maarifləndirililib.
Sonda Mirzə Ələkbər Sabirin 1910-cu ildə ədəbiyyatşünas, publisist və jurnalist Salman Mümtaza verdiyi ilk və yeganə müsahibə səsli olaraq tədbir iştirakçılarına təqdim olunub. Xatırladaq ki, müsahibəni professor Şirməmməd Hüseynov 2002-ci il aprelin 20-də “Günay” qəzetində dərc edib.