Cəlilabadda toy maşını qəzaya düşüb, xəsarət alan var Hadisə

Cəlilabadda toy maşını qəzaya düşüb, xəsarət alan var

18:13

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Xalqcebhesi.az Report-a istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhəri H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, bəy maşını olan BMV markalı minik avtomobili VAZ 21015 markalı minik avtomobili ilə toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində ağır xəsarət alan 1951-ci il təvəllüdlü Əzizağa Əhmədxan oğlu Xudiyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində toy karvanında baş verən qəzada xəsarət alan sərnişin 73 yaşlı Əzizağa Xudiyev xəstəxanada dünyasını dəyişib.