Hacıqabulda 300 ev su içində: texnika cəlb edildi Hadisə

Hacıqabulda 300 ev su içində: texnika cəlb edildi

19:11

Hacıqabul rayonunda yağan güclü yağış və normadan artıq selin gəlməsi rayon ərazisində güclü fəsadlara səbəb olub.

Xalqcebhesi.az xəbər verir ki, Hacıqabul Rayon Fövqəladə Hallar Komissiyasının sədri Saleh Ələsgərov bildirib ki, Hacıqabulda baş verən təbiət hadisəsi günorta saatlarından başlayıb. Rayon ərazisindəki Muşov dağından gələn güclü sel və yağan intensiv yağıntılar nəticəsində şəhər mərkəzinə elektrik verilişində fasilə yaranıb. Rayon mərkəzi ilə yanaşı, Qubalı Baloğlan, Pirsaat, Udulu, Nəvahi, Qızılburun kəndində 300-dən çox təsərrüfatı su basıb.

Şəhərdaxili avtomobil yolunda gediş-gəliş çətinləşib. Bundan başqa güclü leysan nəticəsində Şirvan-Hacıqabul dəmir yolu sel sularının təsirinə məruz qalıb. Hazırda fəsadların aradan qaldırılması üçün əraziyə 50-yə yaxın müxtəlif təyinatlı texnika və canlı qüvvə cəlb edilib.