Sumqayıtda toyda bədbəxt hadisə: restoranda öldü... Hadisə

Sumqayıtda toyda bədbəxt hadisə: restoranda öldü...

Sumqayıtda 58 yaşlı qadın toyda ölüb.

Xalqcebhesi.az Report-a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən şadlıq saraylarından birində qeydə alınıb.

Toy mərasimində iştirak edən 1966-cı il təvəllüdlü Nargilə Gülməmməd qızı Şabanovanın halı pisləşib. O, elə restoranda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.