Sumqayıtda parkda kişi meyiti tapılıb - YENİLƏNİB Hadisə

Sumqayıtda parkda kişi meyiti tapılıb - YENİLƏNİB

Sumqayıt şəhərində parkda meyiti tapılan kişinin şəxsiyyəti məlum olub.

APA xəbər verir ki, həmin şəxs 1980-ci il təvəllüdlü Abdul İsmayıl oğlu Abdulovdur.
Qeyd edək ki, 44 yaşlı kişinin meyiti Sülh prospektində yerləşən parkların birində aşkar edilmişdi.

***

22:19

Sumqayıtda parkda kişi meyiti tapılıb

APA xəbər verir ki, hadisə şəhərin Sülh prospektində yerləşən parkların birində qeydə alınıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

40-45 yaşlarında(şəxsiyyəti dəqiqləşdirilir) kişinin meyiti aidiyyatı üzrə təhvil verilib.

Fakt araşdırılır.