Bakıda intihara cəhd edən şəxs xilas olunub - VİDEO Hadisə

Bakıda intihara cəhd edən şəxs xilas olunub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov və Yasamal rayonları ərazisində 2 ünvanda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma, Nərimanov rayonunda 2 ünvanda doqquzmərtəbəli yaşayış binalarında liftdə qalma və Səbail rayonunda 1 nəfərin intihara cəhdi barədə məlumatlar daxil olub.

APA FHN-in saytına istinadən xəbər verir ki, məlumatlarla əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində ümumilikdə 3-ü azyaşlı olmaqla 6 nəfər xilas edilib.