Zirədə yol qəzasında 4 nəfər xəsarət alıb Hadisə

Zirədə yol qəzasında 4 nəfər xəsarət alıb

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə dünən axşam saatlarında Zirə qəsəbəsi ərazisində baş verib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən APA-ya bildirilib ki, oktyabrın 14-də saat 19:50 radələrində Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 4 nəfər (kişi cinsli) müştərək travmalarla Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.