Pandemiya dövründə Koreya Azərbaycana 300 min dollar dəyərində qoruyucu maska ianə edib Hadisə

Pandemiya dövründə Koreya Azərbaycana 300 min dollar dəyərində qoruyucu maska ianə edib

COVID-19 pandemiyası dövründə Koreya hökuməti tərəfindən Azərbaycana verilmiş dəstək xüsusi qeyd olunmalıdır. Bu dövrdə Azərbaycana ümumi dəyəri 300 min dollar olan 350 min qoruyucu maska, həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda istifadə üçün 3 ədəd COVID-19 müayinə köşkü ianə edilib.

AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Koreya hökuməti ilə birgə layihəsi çərçivəsində dövlət tibb müəssisələrinin tibbi avadanlıqlarla təchizatı məqsədilə keçirilən təhvil-təslim mərasimində çıxışı zamanı deyib. O, həmçinin bildirib ki, 2022-ci ildə yoluxucu xəstəliklərin qarşısını almaq məqsədilə TƏBİB-in və tibb müəssisələrinin əməkdaşları Koreyada təlim keçiblər.