Beyləqanda məktəbli bıçaqlanıb, 7-ci sinif şagirdi saxlanılıb Hadisə

Beyləqanda məktəbli bıçaqlanıb, 7-ci sinif şagirdi saxlanılıb

Beyləqanda məktəblilər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə Beyləqan şəhəri ərazisində qeydə alınıb. Beyləqan rayon 2 saylı məktəbin 11-ci sinif şagirdi H. Hüseynov həmyerlisi 7-ci sinif şagirdi H. Qasımlı tərəfindən bıçaqlanıb.
Hadisə dərsdən sonra, məktəbdən kənarda baş verib. H.Qasımlı polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.