Ağdaşda avtomobil kanala düşüb Hadisə

Ağdaşda avtomobil kanala düşüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Ərəbocağı kəndi ərazisindən keçən hissəsində “Lada” markalı minik avtomobilinin kanala düşməsi barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Əlavə məlumat veriləcək.