“Bakı şəhərinin yükü azaldılmalıdır” Hadisə

“Bakı şəhərinin yükü azaldılmalıdır”

“Ya yollarda genişləndirmələr edilməli, ya da yeni bir islahatlar həyata keçirilməlidir”.

Bunu Xalqcebhesi.az-a açıqlamasında nəqliyyat eksperti İlqar Hüseynli deyib. Ekspert bunun üçün ictimai nəqliyyat sahəsində metrobusların, tramvayların tətbiqini təklif edib: “Bu, geniş bir işdir. O baxımdan yağışlı vəziyyətdə onsuz da nəqliyyatın intensiv hərəkətinə mane olan faktorlardan biri yağış, qar, təbii şəraitdir. Təbii şərait və Bakının özünün infrastruktur imkanları üst-üstə gələndə bu,daha dözülməz hala çevrilir. Bilirsiniz ki, su kanalzasiya sistemlərinin özü də normadan artıq yüklənib yağış sularını daşımaqda çətinlik çəkir və yollarda geniş gölməçələr, hətta bəzən göllər müşahidə edilir. Bunlar hamısı nəqliyyatın təhlükəsizliyinə və həm də intensiv hərəkətinə yaratdığı ciddi maneələrdir. Nə vaxta qədər bu, davam edəcək proqnoz vermək çətindir. Bunun yeganə mümkün yolu Bakı şəhərinin yükünün azaldılmasıdır. Bununla da bağlı bizim dəfələrlə kifayət qədər böyük sayda fikirlərimiz, təkliflərimiz olub. Təəssüflər olsun ki, bugünədək heç biri nəzərə alınmayıb”.