Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarı "28 May" stansiyasında olarkən bir vaqonunun qapısında texniki nasazlıq yaranıb.
Xalqcebhesi.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Bildirilib ki, metropolitenin normativ tələblərinə uyğun olaraq sərnişinlərin düşürülməsi zərurəti yaranıb:
"Lakin stansiyada sərnişin sıxlığı səbəbilə sərnişinlərin qatardan düşürülməsi prosesi 10 dəqiqə davam edib. Qatar depoya yola salınıb. Əvəzinə dərhal ehtiyat qatar verilib. Ümumən, hər iki xətt üzrə intervaldan əlavə 11 dəqiqə yubanma var".