İrandan əldə etdiyi narkotiki Naxçıvanda satmaq istədi Hadisə

İrandan əldə etdiyi narkotiki Naxçıvanda satmaq istədi

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı İdarəsinin və Sədərək Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Sahil Əsədov saxlanılıb. Onun üzərinə baxış zamanı külli miqdarda marixuana və metamfetamin aşkarlanaraq götürülüb.

Xalqcebhesi.az xəbər verir ki, araşdırma zamanı S.Əsədovun İrandan qanunsuz olaraq müxtəlif yollarla əldə etdiyi narkotik vasitələrin satışını təşkil etdiyi məlum olub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.