Bakı Sumqayıt şossesində iki avtomobil toqquşub, xəsarət alan var Hadisə

Bakı Sumqayıt şossesində iki avtomobil toqquşub, xəsarət alan var

Bakının Binəqədi rayonu ərazisində yol-nəqliyyatı hadisəsi baş verib.

Qəza Bakı-Sumqayıt şossesinin Binəqədi rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

Belə ki, “Toyota” markalı avtomobili idarə edən sürücü nəqliyyat vasitəsini eyni istiqamətdə hərəkətdə olan “Nissan” markalı maşına çırpıb.

Zərbənin təsirindən hər iki maşın deformasiyaya uğrayıb.

Hadisə nəticəsində “Toyota” markalı maşında olan sərnişin xəsarət alıb.

Qəzanın dəqiq səbəbləri araşdırılır.