DGK-nın hesabına köçürülən vəsaitlərdən istifadə qaydasında dəyişiklik edilib Hadisə

DGK-nın hesabına köçürülən vəsaitlərdən istifadə qaydasında dəyişiklik edilib

"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilib.
APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, artıq gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin və birdəfəlik kompensasiyanın ödənilməsi də vəsait hesabına maliyyələşdiriləcək.